Paytaxt küçələrində işıqforlar işləmir
Paytaxt küçələrində işıqforlar işləmir
17 May 2019 13:14 SosialElektirik təhcizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçləri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən xahiş edirik svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31