Çoxdəfəlik giriş vizaları üçün tutulan rüsum dəqiqləşdi
Çoxdəfəlik giriş vizaları üçün tutulan rüsum dəqiqləşdi
17 May 2019 13:02 SosialAzərbaycanda şoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumda dəqiqləşdirmə aparılıb."Olaylar"ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilir.Qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları müəyyənləşdirilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.