"Dializə gedəndə sanki özünə ölüm arzulayırdı" - Talıb dünyasını dəyişən atasından danışıb kövrəldi
17 May 2019 12:33 Sosial"Atam xəstəliyini qəbul edə bilmirdi, çox əziyyət çəkirdi".
Bu sözləri müğənni Talıb Tale Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində atasından danışarkən deyib. O dünyasını dəyişən atasından danışarkən kövrəlib:
"Mənim babalarım uzun ömür yaşayıb. Atam da idmançı olub. Qəbul edə bilmirdi ki, necə oldu xəstəliyə tutuldu. Hər dəfə dializə gedəndə sanki özünə ölüm arzulayırdı, qüruruna sığışdırmırdı. Çox əziyyət çəkirdi. Deyirdi ki, sizə də əziyyət verirəm".
Qeyd edək ki, T.Talenin atası Ələsgər bəy dializ xəstəsi idi. Mərhum Aşıq Ələsgərin nəvəsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31