Deputat: Həllini gözləyən ən vacib məslələrdən biri məhz budur

Deputat: Həllini gözləyən ən vacib məslələrdən biri məhz budur

"İnsanlarımızı rahatsız edən bu vacib məsələ də yaxın zamanlarda həllini tapa bilər. Neçə müddətdir hökuməti kommunikasiya xəttinin üzərində olmayan və illərdir məskunlaşılmış evlərin özəlləşdirilməsinə çağırış etmişəm". Bunu millət vəkili Fazil Mustafa ölkə prezidenti tərəfindən qanunsuz evlərin sənədləşdirilməsilə bağlı verdiyi tapşırığa münasibət bildirikən deyib. Millət vəkili bildirib ki,  söhbət 200 mindən artıq həyət evindən gedir: "Bu vətəndaşı çölə atmamalıyıq ki... Ya zəlzələdən, ya vəlvələdən- gəlib qeyri-rəsmi pul verib evini tikib, neçə illərdir ki, burada yaşayır, uşaqları doğulub, məktəbə gedir, lakin adamın mülkiyyət sənədi yoxdur. Bu addımdan həm dövlət büdcəsinə vəsait qazanılacaq, sənədli evlər olduğuna görə bələdiyyələr əmlak vergisi ala biləcək, vətəndaş da öz evində oğurluq yaşamayacaq, daha hüzürlü həyat sürəcək. Həllini gözləyən ən vacib məslələrdən biri məhz budur. Komissiyanın işlərini yaxın zamanda yekunlaşdıracağına ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31