Həyat yoldaşı hamilə arvadını bıçaqladı, bətnindəki uşaq öldü

Həyat yoldaşı hamilə arvadını bıçaqladı, bətnindəki uşaq öldü

Səhiyyə Nazirliyi mayın 16-da Abşeron rayonun Fatmayi kəndində hamilə qadının bıçaqlanması ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılııb: Ona bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Qadın 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq zərbələrindən ölüb. "Qadının vəziyyəti ağırdır",-rəsmi məlumatda qeyd edilib.

Qeyd edək ki, hamilə qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31