Bakıda qadın insanları həyəcanlandırdı – VİDEO

Bakıda qadın insanları həyəcanlandırdı – VİDEO

Bakının Nərimanov rayonunda bir qadın intihara cəhd edib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər.

Verilən məlumata görə, hadisə Nəriman Nərimanovda 9 mərtəbəli binaların birində baş verib.

Oxucularımız hadisənin görüntüsünü təqdim ediblər. Videodan da göründüyü kimi bir qadın binanın pəncərəsindən özünü atmaq istəyir.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, qadının özünü öldürmək istəməsilə bağlı məlumatları yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31