AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb
AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb
16 May 2019 13:02 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Respublikası üzrə nümayəndəsi Hande Harmancı ilə görüşüb. "OLAYLAR" xəbər verir ki. Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı isə birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri artıracağını vurğulayıb.
Görüşdə Agentliklə ÜST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31