Bir gün ərzində 1030 elektron çıxarış verilir

Bir gün ərzində 1030 elektron çıxarış verilir

Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən çıxarışların elektron şəkildə verilməsi prosesi həyata keçirilir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Qeyd edilməlidir ki, hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-a yaxın, o cümlədən Bakı şəhəri üzrə isə 330-a yaxın elektron çıxarış hüquq sahiblərinə təqdim edilir. Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışlar hətta 1 iş günü ərazində də verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31