Tanınmış azərbaycanlı fotoqraf vəfat etdi

Azərbaycanın qocaman fotoqraflarından olan Ənvər Qaragözov bu gün vəfat edib.

Bu barədə məlumatı Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu yayıb. O bildirib ki, mərhumla vida mərasimi bu gün Təzə Pir Məscidində keçiriləcək.

Qeyd edək ki, Ənvər Qaragözov 1936-cı ildə Gəncə şəhərində anadan olub. 1964-cü ildən peşəkar foto ilə məşğul olmağa başlayıb. Bir çox müsabiqələrin laureatıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31