Magistral yolda hərəkət qismən məhdudlaşdırılacaq

Magistral yolda hərəkət qismən məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.

Bildirilib ki,  hərəkətin məhdudlaşdırılması may ayının 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq.

Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31