Bakıda turistin başına oyun açan fahişə AXTARILIR
Bakıda turistin başına oyun açan fahişə AXTARILIR
10 May 2019 18:06 SosialBakıda Hindistandan olan turist fahişə qadından polisə şikayət edib.
Bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, mayın 7-də "Crown Baku" hotelində yerləşən 29 yaşlı Hindistan vətəndaşı Hiteş Qoyal Rakeş Kumar mayın 9-da öz nömrəsinə qadın gətirib. Onlar bir müddət otaqda tək qalıblar.
Qonaq gedəndən sonra isə, əcnəbi cüzdanından min dollar pulun oğurlandığını görüb.
Turist qeyd edib ki, qadının heç adını da bilmir.
Hazırda polis fakt üzrə araşdırma aparır, qadın axtarılır.
oxu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31