“Azərsu” yaşıllaşdırma aksiyası keçirib

“Azərsu” yaşıllaşdırma aksiyası keçirib

"Azərsu" Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki.  Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə "Azərsu" ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir. Mayın 10-da Hövsan Aerasiya Stansiyası ərazisində təşkil  olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilib. Həmçinin, ötən illərdə əkilmiş  ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31