Bu küçələrdə rənglənmə işləri aparılacaq

Bu küçələrdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, 28 may və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31