Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
10 May 2019 17:00 SosialMilli Məclisin növbəti plenar iclası mayın 17-də keçirilməsi nəzərdə tutulur. İclasın gündəliyinə 18 məsələ daxildir. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. O, bildirib ki, bir çox qanunlara dəyişiklik nəzərdə tutulub. ""Standartlaşdırma haqqında" qanun layihəsi 3-cü oxunuşdadır. Mülki Məcəllədə dəyişikliklər edilməsi də 3-cü oxunuşdadır. "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi, "Telekomnukasiya haqqında" qanuna dəyişiklik,"Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında", "Toxumçuluq haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi" haqqında, "Torpaq icarəsi haqqında" və "Qeyri-dövlət müəssisə fəaliyyəti haqqında" qanunlara dəyişiklik nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsi, "Hesablama Palatası" haqqında qanuna dəyişiklik, "Mərkəzi Bank haqqında", "Təhsil haqqında" qanunlara dəyişiklik nəzərdə tutulur"