Qərbi Kaspi Universitetində beynəlxalq konfrans keçirilib
Qərbi Kaspi Universitetində “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfransı keçirilib.
10 May 2019 15:42 SosialQərbi Kaspi Universitetində "Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik" adlı Beynəlxalq konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, tədbir universitetin Beynəlxalq Alpinizm və Dağçılıq Federasiyası (UİAA) ilə əməkdaşlıq çərçivəsində təsis etdiyi Dağ mədəniyyətləri və landşaftları Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə təşkil edilib.
Konfransda dünyanın 40-a yaxın ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər, alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri bir araya gəlib.
Tədbirdə qeyd olunub ki, dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı aöır mədənçilik və sıx əkinçilik səbəbindən və hazırda da inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaf isə öz nöbəsində bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir.
Konfransda bu məslələr müzakirə edilib və dünya səviyyəsində ən çox iz qoyan problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri öz fikirlərini bildirib.
Qeyd edək ki, mayın 12-dək davam edəcək konfransda "Dağ ekosistemləri, ekoloji və bioloji müxtəliflik", "Dağ landaşftları", "Dağ Mədəniyyətləri", "Dağ turizmi və Rekreasiya" sessiyaları üzrə keçiriləcək.

