Azərbaycanda vəkilliyə böyük axın var

Azərbaycanda vəkilliyə böyük axın var

"Azərbaycanda vəkilliyə böyük axın var, maraq böyükdür. Hətta dövlət orqanlarında işləyən gənclər də vəkilliyə qəbul üçün sənəd təqdim edirlər. "Olaylar"ın xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, vəkillərin sayı artırılacaq və vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək. A.Bağırov bildirib ki, ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub: "Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən daxil olub. Bəzi hallarda qərəzli məlumatlar yayılır ki, guya Azərbaycanda dövlət orqanlarının şikayəti əsasında vəkillərə qarşı təqib var, vəkillər xaric olunur və s. Vəkillər Kollegiyası hər hansı vəkili xaric etmək səlahiyyətinə malik deyil. Kollegiya bununla bağlı məhkəmədə yalnız iddia qaldırmaq səlahiyyətinə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31