“Mənim vətəndaşların qanunla müəyyən edilmiş hüquqlarını qorumağımın qarşısını heç kim ala bilməz”

22 aprel tarixində "Olaylar.az" saytında news24.az-a istinadən verilən "Ağcabədi rayon Məhkəməsində şəhid ailəsi təhqir edilib" xəbərinə izləyicilərimiz tərəfindən reaksilayalar çox olduğundan (Qeyd  edək ki, xəbərdə sözügedən şəxsin  şəhid statusuna malik olub-olmadığına dair  internetdə hər hansı bir məlumata rast  gəlmədik.-red.) xəbərdə adıkeçən Ağcabədi rayon vəkil bürosunun vəkili Aygün Kərimova ilə əlaqə saxladıq.

A.Kərimova "Olaylar.az" bildirdi ki, heç bir zaman heç bir şəhid ailəsini təhqir etməyib və etməz: "Şəhid təkcə doğulduğu ailənin övladı deyil, o bütün xalqın balasıdı. Mən onu necə təhqir edə bilərəm? Mənim haqqımda yayılmış məlumatlar tamamilə yalan və böhtan xarakterlidir. Mən daima şəhidlərimizə hörmətlə yanaşmışam. Böhtan və yalan məlumatlar isə mənə qarşı qərəzli münasibətdən qaynaqlanır. Və sırf vəkillik fəaliyyətimi həyata keçirməyimə maneçilik törətmək məqsədini güdür".

Aygün Kərimova bildirib ki,  barəsində olan yanlış məlumatla əlaqədar artıq Ağcabədi rayon prokurorluğuna müraciət edib. Ona görə də Olaylar.az İnformasiya Agentliyində haqqımda yayılmış əsassız məlumatla qəti razılaşmıram:

"Bundan başqa mənim barəmdə həqiqəti öyrənmədən təhqir dolu ifadələr yazan şəxslərə də bildirirəm ki, belə ifadələrə son qoysunlar. Mən bütün vəkillik fəaliyyətim dövründə daima öz işimə vicdanla, vətəndaşlara isə hörmətlə yanaşmışam. Heç vaxt vəkil etikasından kənar davranışa yol verməmişəm. Çünki vəkilin fəaliyyəti birbaşa insan və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlıdır. Mənim vətəndaşların qanunla müəyyən edilmiş hüquqlarını qorumağımın qarşısını da heç kim ala bilməz. Azərbaycan Respublikasının qanunvericilik aktlarında vəkilin fəaliyyətinə mane olmağa görə məsuliyyət nəzərdə tutulub. Ona görə də bu məlumatla bağlı barəmdə yorum yayımlayan vətəndaşlara bildirirəm ki, həmin məlumatın yalan olduğunu bilsinlər və mənə qarşı təhqiramiz ifadələrə son qoysunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31