“Elektron Kənd Təsərrüfatı”ndan qeydiyyatdan keçənləri sayı açıqlandı
“Elektron Kənd Təsərrüfatı”ndan qeydiyyatdan keçənləri sayı açıqlandı
10 May 2019 13:05 SosialMay ayının 10-na olan son məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181.169 fermer qeydiyyatdan keçib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Sabirabad rayonunda 11,789, Şəkidə 7278, Saatlıda 6739, Zaqatalada 6708, Biləsuvarda 6637, Cəlilabadda 6471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər. Əksər rayonlarda fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi 40 faizdən çoxdur. Məlumatda o da bildirilir ki, nazirlik tərəfindən növbəti həftələrdə digər rayonlarda da analoji maarifləndirmə işlərinin aparılması, fermerlərə səyyar informasiya-məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.