AŞ və Aİ-nin “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək - 2” adlı birgə layihənin təqdimatı olub

AŞ və Aİ-nin “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək - 2” adlı birgə layihənin təqdimatı olub

"Hilton" otelində Avropa Şurasının Azərbaycan üzrə 2018-2021-cı illər üçün Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək - 2" (SPERA - 2) adlı birgə layihəsinin təqdimatı keçirilib. Penitensiar Xidmətdən "Olaylar"a bildirilib ki, cəzaçəkmə müəssisələrində səhiyyə xidmətinin təşkili, cəzaçəkmə müəssisələrinin idarə olunması və keçmiş məhkumların cəmiyyətə inteqrasiyasını qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğunlaşdıraraq Azərbaycanda məhkumların müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan layihəyə həsr olunmuş tədbirdə açılış nitqi ilə çıxış edən Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov Ədliyyə naziri cənab Fikrət Məmmədovun və öz adından qonaqları salamlayaraq ölkəmizin Avropa Şurası ilə ilk əlaqələrinin qurulması tarixindən danışmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların penitensiar sahəni də əhatə etdiyini vurğulayaraq, beynəlxalq əməkdaşlığın, xüsusilə Avropa Şurası ilə münasibətlərin bu islahatlara böyük töhfə verdiyini qeyd etmişdir. Xüsusilə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamı və "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı penitensiar sistemdə aparılan islahatların daha da geniş vüsət almasına güclü təkan verib.

Ümumilikdə 2006-cı ildən etibarən qarşılıqlı səmərəli əməkdaşlıq nəticəsində penitensiar sistemin təkmilləşdirilməsi istiqamətində 5 layihə uğurla həyata keçirilmişdir. İcrası 2018-ci ildə yekunlaşdırılmış Avropa Şurasının və Avropa İttifaqının"Penitensiar islahatlara əlavə dəstək" adlı birgə layihəsi çərçivəsində hazırlanmış 20 aylıq fəaliyyət planına uyğun olaraq həbsxanaların tibb heyətinin imkanlarının inkişaf etdirildiyi, cəzaçəkmə müəssisələrinin rəhbərlərinin peşəkarlığının təkmilləşdirildiyi diqqətə çatdırılıb. Səmərəli əməkdaşlığa və bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə Avropa Şurasının aidiyyəti qurumlarının əməkdaşlarına minnətdarlığını bildirən nazir müavini yeni layihənin icrasının da birgə səylər nəticəsində uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31