Kommunistlər Qələbə gününü qeyd etdilər
Kommunistlər Qələbə gününü qeyd etdilər
10 May 2019 11:10 Sosial9 may 2019-cu ildə Azərbaycan Kommunist Partiyası ikinci dünya müharibəsində Sovet xalqının faşizm üzərində tarixi qələbəsinin 74-cü ildönümü münasibəti ilə təntənəli tədbir keçirib. AKP MK mətbuat xidmətndən "Olaylar"a bildirilib ki, tədbirə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvləri, AKP Bakı şəhəri rayon komitələrinin rəhbər işçiləri, komsomolçular, ziyalılar,veteranlar və Respublika ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbir Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilmişdir. Təntənəli mərasimi KPİ-Sov.İKP Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açaraq, tədbir iştirakçılarını 9 may qələbə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara müharibəsiz, xoşbəxt və firəvan həyat arzulamışdır.Azərbaycan kommunistlərinin rəhbəri tədbirdə geniş məzmunlu çıxış edərək mitinq iştirakçılarına Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Sovet Azərbaycanının və Azərbaycan xalqının müstəsna xidmətlərindən , Kommunist Pariyasının rəhbərliyi altında beynəlmiləl şanlı sovet ordusunun dünyanı faşizm çumasından necə xilas etməsindən danışmışdır. Mitinq iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkilləri çəkdirmiş, abidənin önünə AKP MK adından əklil və tər qərənfil dəstələri qoymuşlar. 9 may faizim üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbirlər Azərbaycan Kommunist Partiyasının fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında keçirilib.