"Aqrar sığorta haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib
Milli Məclisin mayın 3-də keçirilən plenar iclasında "Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.“
3 May 2019 15:08 SosialMilli Məclisin mayın 3-də keçirilən plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb."Olaylar"ın məlumatına görə, qanun layihəsini Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim edib. Komitə sədri bildirib ki, bu qanun Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuş üçün qəbul edilib.