Federasiyadan açıqlama: “ŞƏHRİYAR TƏKZİB VERƏCƏK”

FİDE reytinqində ikinci yer tutan ilk azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənir.

FİDE reytinqində ikinci yer tutan ilk azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov  sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə  böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənir.

Məmmədyarovun statusunu olduğu kimi təqdim edirik:

"Yorğunluqdan indicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən - Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq".

Olaylar.az Azərbaycan Şahmat Federasiyası ilə əlaqə saxladı. Federasiyadan bildirdilər ki, hazırda rəhbərlik işdə deyil: "Məlumat səhv gedib. Şəhriyar özü təkzib verəcək. Bu qədər nəticə var və Şəhriyar belə söz deyə bilməz".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" turnirində mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31