Alimlərdən açıqlama: Aspirin Altsheymer xəstəliyinə dərmandır

Alimlər Altsheymer xəstəliyi ilə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıblar.

Bu xəstəliyin yaranmasını yavaşlatmaq və azaltmaq üçün "Aspirin" dərmanə təsirlidir. Bunu ABŞ-ın Raş universitetindəki tibb mərkəzinin alimləri bildirirlər.

Məlum olub ki, müntəzəm olaraq bu dərmanı qəbul etmək orqanizmdə hüceyrə strukturunu bərpa edən mexanizmi işə salır. Bu mexanizm isə beyindəki pis hüceyrələri orqanizmdən uzaqlaşdırır. Bundan başqa "Aspirin" ağrıkəsicidir və ürək-damar sisteminə müsbət təsir edir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31