Hər kəs atanın bu qəhrəmanlığından danışır - Foto/Video
29 May 2018 06:07 SosialTürkiyənin Adana şəhərində ata maşınla çaya düşən qızını xilas edib.Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Seyhan çayında baş verib.Nuri Koz adlı ata qızı Gizəm Koz ilə birlikdə iftar saatını gözləmək üçün Seyhan çayının sahilinə gəlib.Sükan arxasında əyləşən ata dostunu görüncə maşından düşüb. Əyləci basılmayan avtomobil özbaşına hərəkət edib və çaya düşüb. Həmin vaxt maşında olan qız da çaya düşüb. Qızının qışqırıq səsini eşidən ata suya tullanıb.Nuri Koz maşının qapısın aça bilmədiyi üçün ətrafdakılar şüşəni qırmaq üçün yuxarıdan daş atdıblar. Amma nəticəsiz olub. Əlacsız qalan ata maşının yan pəncərəsini qıraraq qızını xilas edib.Ətrafdakı balıqçılar da suya tullanaraq ata və qıza çayın sahilinə çıxmaları üçün kömək ediblər. Nuri Koz hadisənin necə olduğunu anlamadığını bildirib: "Maşın birdən suya düşdü. Qızımı qurtardım. Əsas odur, qızım sağdır. Gerisi əhəmiyyətli deyil".