Baş nazir 4 ixtisas sahiblərinin gəlir məbləğlərinin miqdarını artırdı - QƏRAR
4 May 2018 09:36 Sosial"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib."A24.az"ın məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb.Qərara görə, "Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 2018-ci il 22 fevral tarixli sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31