Bu axşam Bakıda atəşfəşanlıq olacaq
31 Dekabr 2017 14:15 SosialDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2018-ci il münasibətilə Dənizkənarı Milli Parkda bu axşam möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə virtualaz.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Şəhər icra hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dənizkənarı Milli Parka dəvət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00