Növbəti hərrac keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 apreldə növbəti hərrac baş tutub. Hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1- isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir. Komitədən verilən məlumata görə, həmin gün regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük manitorlar vasitəsilə canlı izlənilib.
11 Aprel 2017 16:44 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 apreldə növbəti hərrac baş tutub. Hərracda özəlləşdirilən əmlakların 3-ü kiçik dövlət müəssisə və obyekti, 7-si qeyri-yaşayış sahəsi, 1- isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən 5 istifadəsiz qeyri yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi paytaxtda yerləşir. Komitədən verilən məlumata görə, həmin gün regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük manitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilimiş hərraclarda 3 kiçik dövlət müəssisə və obyekti, 2 qeyri-yaşayış sahəsi özəlləşdirildi. Kiçik müəssisə və obyektlər Bərdə, Goranboy və Qazaxda, qeyri-yaşayış sahəsi isə Sumqayıt və Mingəçevirdə yerləşir. Hərracda bəzi müəssisələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Torpaq sahələri ilə birlikdə özəlləşdirilən əmlaklar Bərdə rayonunda yerləşən Texniklər evi və eyni adlı müəssisənin Goranboyda olan qeyri-yaşayış binasıdır. Müvafiq olaraq özəlləşdirilən əmlakların sahəsi 1900 kv.m və 503 kv.m təşkil edir.