Diaspor üzvü anılıb
Abşeron rayonunda Ümummrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl şöbəsinin mərhum sədri Söbrab İbrahimov anılıb. “OLAYLAR”-ın xəbərinə görə, Söhrab İbrahimovun məzarı üstə keçirilən anım tədbirində onun ailə üzvləri, qohumları, dostları və Diaspor Jurnalistləri Birliyinin rəhbərliyi iştirak edib.
10 Aprel 2017 11:13 SosialAbşeron rayonunda Ümummrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl şöbəsinin mərhum sədri Söhrab İbrahimov anılıb. "OLAYLAR"-ın xəbərinə görə, Söhrab İbrahimovun məzarı üstə keçirilən anım tədbirində onun ailə üzvləri, qohumları, dostları və Diaspor Jurnalistləri Birliyinin rəhbərliyi iştirak edib. Mərhum diaspor üzvünün atası Mədət İbrahimov, qardaşı Dilafət İbrahimov anım tədbirində iştirak edənlərə öz minnətdarlıqlarını bildiriblər. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə çıxış edərək mərhumun yaxınlarına başsağlığı verib. Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə çıxışında qeyd edib ki, tale Söhrab İbrahimovu uzaq dağ kəndindən böyük Rusiyaya elə böyük işlər görmək üçün aparmışdı və Söhrab qısa, ancaq mənalı ömrünü millətinə, dövlətinə, insanlığa xidmətlə başa vurdu.