“Gənc İstedadlar” liseyində mühazirə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə "İslam Həmrəyliyin ili" çərçivəsində Bakı Dövlət Universiteti nəzdindəki "Gənc İstedadlar" liseyində mühazirə təşkil olunub.

Fonddan "Olaylar" - a bildirilib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə doktoru Rəşad İlyasov iştirakçılara "İslam elm tarixində Azərbaycan məktəbi" mövzusunda məlumat verib.

Tədbiri giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə açaraq "İslam Həmrəyliyi ili" çərçivəsində həyata keçiriləcək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Mühazirədə Liseyin direktoru Qasım Hüseynov, BDU İlahiyyat Fakültəsinin dekanı, AMEA-nın akademiki Vasim Məmmədəliyev çıxış edərək İslam həmrəyliyi ilinin aktuallığından bəhs ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31