Gənclərin Sağlamlıq Festivalı keçirilib

Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına parkda ənənəyə çevrilmiş "Gənclərin sağlamlıq festivalı"nı keçirilib. "HərəkətdəSƏN, pozitivSƏN" şüarı altında baş tutmuş tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və tərəfdaşları, o cümlədən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti və "İnkişaf naminə idman" İctimai Birliyi tərəfindən təşkil olundu.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, hər il əhalinin böyük marağına səbəb olan tədbir Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunub.

Qeyd edək ki, festivalda 2017-ci ilin fevral ayından başlayaraq Xətai rayonu tam orta məktəbləri arasında keçirilən yarışlarda seçilən 5 tam orta məktəbin şagirdləri iştirak edib. Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialların paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31