Böyrək transplantasiyasına başlanılacaq

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Mərkəzin Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin təqdimat tədbiri keçirilib. Səhiyyə nazirliyindən "Olaylar" - a bildirilib ki, Tədbirdə Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri t.ü.f.d. Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilmiş nailiyyətlərdən söhbət açıblar. Həmçinin yaxın zamanlarda RMDM-də böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağını, bununla da əhalinin sağlamlığı naminə bu sahədə daha böyük uğurlara nail olunacağını qeyd ediblər.

Təqdimatda nəzərə çatdırılıb ki, daima inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən RMDM-də məhz böyrək transplantasiyası üçün də lazımi şərait yaradılıb. Bunun üçün həkim-mütəxəssislərdən ibarət komandanın da yaradıldığı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31