“İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr davam edir. “OLAYLAR”-ın xəbərinə görə, səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir.
5 Aprel 2017 14:59 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində "İslam Həmrəyliyi ili"nə həsr olunmuş səyyar mühazirələr davam edir. "OLAYLAR"-ın xəbərinə görə, səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq təşkil edilir. Mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), uşaq birliyi rəhbərləri, psixoloqlar, valideyn icmasının nümayəndələri və IX-XI sinif şagirdləri iştirak ediblər. Qeyd edək ki, aprel ayında "İslam Həmrəyliyi ili" ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 14 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.