"TİENS" vətəndaşların hüququnu pozur
Son vaxtlar vətəndaşların etimadından sui istifadə edərək onları aldadan, bundan yararlanan çoxsaylı şirkətlər yaranmaqdadır. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlar tədbirlər görsələr də, lakin bu kimi fırıldaqçı şirkətlər yağışdan çıxan köbələklər kimi çoxalmaqdadır.
5 Aprel 2017 14:43 SosialŞirkət vətəndaşın səhhətinə ciddi zərər verib
Son vaxtlar vətəndaşların etimadından sui istifadə edərək onları aldadan, bundan yararlanan çoxsaylı şirkətlər yaranmaqdadır. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlar tədbirlər görsələr də, lakin bu kimi fırıldaqçı şirkətlər yağışdan çıxan köbələklər kimi çoxalmaqdadır. "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, belə fırıldaqçı şirkətlərdən biri də "TİENS" şirkətidir. İctimai Birlik sədri qeyd edib ki, 2016 -cı ildə "Azad İstehlakçılar"İctimayi Birliyinə (AİİB) Nəsimi rayon sakini Abdullayeva Xoşqədəm ərizə ilə müraciət edərək o zamanlar Zivər Bəy Əhmədbəyov 29 ünvanda yerləşən "Tyan-Şİ" korporasiyasına məxsus "TİENS" mallarının (qida əlavəsi) satışı ilə məşqul olanlar tərəfindən aldadılaraq ondan 2500 AZN alındığını bildirmişdi. Eyyub Hüseynovun sözlərinə gör, AİİB vətəndaşın hüququnu təmənnasız olaraq qorumaq üçün müvafiq dövlət qurumlarına rəsmi məlumatlar versə də, heç bir dövlət orqanı qaçqın vətəndaşın hüququnun bərpası qçün əməli işlər görməmişdir: "Aprelin 4-də Bakı şəhər sakini, Yasamal rayonu Ş.Mehdiyev 97,mənzil 134 ünvanında yaşayan Səmədzadə Fəridə AİİB-ə ərizə ilə müraciət edərək "TİENS" mallarından istifadə nəticəsindəə sağlamlığına ciddi zərər dəydiyini bildirərək hüququnun qorunmasını xahiş edib. Müraciətdə qeyd edilir ki, 26 noyabr 2016-cı il tarixində onun ev telefonuna Yaşıl həyat Sağlamlıq mərkəzindən zəng gəlib. Zəng edən xanım söyləyib ki, bizim mərkəzdə aksiya keçirilir və ATS-lə əlaqə saxladıq: "ATS bizi Sizin koorperativə yönləndirdi. Zəng edən xanım mənim yaşımı və hansı xəstəliklərdən əziyyət çəkdiyimi soruşdu. Mən ona 1955-ci ildə doğulduğumu və səhhətimdə yaşımla əlaqədar müəyyən problemlərin olduğunu, ürək xəstəliyindən, təzyiqdən əziyyət çəkdiyimi söylədim. Zəng edən xanım mənə bildirdi ki, Fəridə xanım, gəlin bizim aksiyada iştirak edin və bu günəcən qəbul etdiyiniz dərmanlardan azad olun. Mən xanımın danışığından məmnun qaldım , razılaşdım,.gələcəyimi söylədim. Növbəti gün mənə həmin xanım yenə zəng vurdu, niyə gəlmədiyimi soruşdu. Söylədim ki, gələcəm. Mənə dedi ki, xanım, mütləq, gəlin yoxsa sonra aksiyamız ödənişli olacaq. Səhəri gün yəni 28.11.2016 tarixdə Xan Şuşinski 60 ünvanda yerləşən Yeni həyat Sağlamlıq mərkəzinə yollandım. Məni Arzu xanım qarşıladı.Dedilərki bura TİENS firmasıdır..Məni Arzu xanım müayinədən keçirdi. Əlimi müayinə toklarının üzərinə qoyduqdan sonra söylədi ki, sizin qara ciyəriniz, öd kisəniz, mədə altı vəziniz çox pis vəziyyətdədir.Arzu xanım mənə resept yazdı və tələb etdi ki, 71 AZN 50qəpik ödəyin reseptdəki dərmanları verim. Mənim 20 manatım var idi. Onlara 20 manat ödədim, mənə içində 40 ədəd olan çay verdi. Çay TİENS firmasına məxsus idi. Dərmanların qalanını yəni 2 banka dərmanı isə mənim ödəyəcəyim pul müqabilində evimə gətirəcəyini söylədi". Müraciət müəllifi qeyd edib ki, həmin gün axşam Arzu xanım maşını ilə onun yaşadığım ünvana gəlib və, 51AZN 50 qəpiyi ödəyib: "Qalan dərmanları da götürdüm . Lakin Arzu xanım mənə heç bir sənəd , çek təqdim etmədi. O, dedi ki, bu 2 banka dərmanı çayla birlikdə mütləq kompleks şəkildə qəbul edin. Bankanın birində 30 kapsula, digərində isə 60 kapsula vardı. Mən çayla bərabər iki banka dərman kapsulalarınıi qəbul etməyə başladım. Bir həftədən sonra mənim ayağımda qaşınmalar yarandı və kiçik qırmızı qabarcıqlar əmələ gəldi. Yenidən həmin mərkəzə üz tutdum. Bu dəfə də həmin xanımla Elmira adlı digər bir xanım məni qarşıladı .Söylədilər ki, gedin dərmanları, çayı qəbul etməyə davam edin, keçib gedəcək. Mən evə qayıtdım, müalicəyə davam etdim, lakin gün gündən ayaqlarımdakı qızartı artmağa başladı. Ayaqlarım qızarır , qabarcıqlar əmələ gəlirdi. 23 Fevral tarixində İnqilab 17 Sabit Rəhman küçəsi 11,döngə 1-də yerləşən Nərgiz klinikasına yollandım. Klinikanın rəhbəri ayaqlarımı görüb şoka düşdü. Həmin klinika da özəl olduğuna görə qəbul üçün 20 AZN ödəniş etdim. Orada qaraciyər, öd kisəsi, mədəaltı vəzimi müayinə edəndən sonra məndə heç bir problemin olmadığını söylənildi. Qeyd edim ki,mənim əlimdə 14 oktyabr 2016 tarixinə məxsus da sağlamlıq haqqında kağızım var. Beləliklə, Yaşıl həyat Saglamlıq mərkəzində mənə qoyulan diaqnozların yalnış olduğu təsdiqləndi. Mən 02.04.2017-ci il tarixinədək Yaşıl həyat sağlamlıq mərkəzinə toplam 15 dəfə getdim. Müraciətlərimin birində Elmira xanım mənə Boro Plus mazını aldırdı ki, həmin yaraların üzərinə o mazdan vursam sağalacaq. Bir dəfə istifadədən sonra ,ikinci dəfə də aldırdı. İkinci dəfə də aldım , lakin heç bir faydasını görmədim. Hər dəfə də mənə bildirirdilər ki, gedin müalicəyə davam edin. Hətta mənə Sink adlı 30 kapsulalıq dərmanı ikinci dəfə satdılar ki, bundan sonra qızartılarınız keçəcək". Müraciət müəllifinin sözlərinə gör, aprelin 2-də yenidən Yaşıl həyat Sağlamlıq mərkəzinə gedib: "Orada mənə söylədilər ki, qəbul etdiyiniz dərmanlarımızı Sizə halal edirik, Arzu xanım qaytarmasa, toplam xərclədiyiniz 100 AZN -i qaytaracağıq. Məndən ünvanımı da soruşdular. Ancaq ötən müddət ərzində mənə şirkət tərəfindən vurulmuş maddi ziyan hələ də ödənməyib".
Eyub Hüseynov qeyd edib ki, mübahisəni danışıq yolu ilə həll etmək üçün "TİENS"-in nümayəndəsi Arzu xanımla görüşsə də, nəticə əldə olunmayı. Əksinə görüş Arzunun hədə-qorxuları ilə müşaiyət edilib. Eyub Hüseynov deyib ki, AİİB yenidən dövlət orqanlarına rəsmi müraciətlər edəcək.
Füzuli