Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir
Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir. Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır.
5 Aprel 2017 11:44 SosialBakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarının hərəkət cədvəlindən çıxma halları baş verir. Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarı ləğv edilir.