"II Azərbaycan Autizm Paneli"
4 Aprel 2017 21:15 SosialAprel-Autizm Maarifləndirmə Ayı çərçivəsində silsilə məlumatlandırıcı tədbirlər keçiriləcəkdi. Bunlar arasında məlumatlanmanı daha da artırmaq üçün seminarlara xüsusi yer veriləcək. Bunun üçün Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikası, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrası, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi (İSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə "II Azərbaycan Autizm Paneli" keçiriləcəkdir.
Paneldə həkimlərimiz İkram Rüstəmov, Nigar Sədiyeva, Rima İbadova, Kamran Salayev, psixoloq Turanə Əliyeva və Birgə və Sağlam İB-nin sədri Aytən Eynalovanın çıxışları olacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikası, Konfrans Zalında, saat: 10:00 - da keçiriləcək. Giriş sərbəstdir.