“Xəbərlər” jurnalının bu ilə olan ilk nömrəsi işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında çapdan çıxan “Xəbərlər” jurnalının bu ilə olan birinci nömrəsi işıq üzü görüb.Bölmədən “Olaylar” – a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan nəşrin yeni sayı İctimai və humanitar elmlər seriyasına həsr olunub. Jurnalın ilk bölməsində Naxçıvan ərazisindəki qədim qalalar, onların tarixi, tədqiqi və qala tipli yaşayış yerlərində tədqiqatlar zamanı əldə edilən zəngin arxeoloji materiallar işıqlandırılıb.
4 Aprel 2017 19:43 SosialAMEA Naxçıvan Bölməsinin "Tusi" nəşriyyatında çapdan çıxan "Xəbərlər" jurnalının bu ilə olan birinci nömrəsi işıq üzü görüb.Bölmədən "Olaylar" - a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan nəşrin yeni sayı İctimai və humanitar elmlər seriyasına həsr olunub. Jurnalın ilk bölməsində Naxçıvan ərazisindəki qədim qalalar, onların tarixi, tədqiqi və qala tipli yaşayış yerlərində tədqiqatlar zamanı əldə edilən zəngin arxeoloji materiallar işıqlandırılıb.
Elmi nəşrdə ölkənin tanınmış alimlər ilə yanaşı Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyalarının tərkibində iştirak edən ABŞ-ın Con Hopcins Universitetinin əməkdaşı Jennıfer Sverıdanın, Ohio Dövlət Universitetinin əməkdaşı Selın Nugentin, Corciya Universitetinin əməkdaşı Robert Bryantın, Pensilvaniya Universitetinin əməkdaşı Susannah Fıshmanın Naxçıvandakı qalalarda apardıqları tədqiqatlar ilə bağlı elmi məqalələri də dərc olunub.
"Orta tunc dövrünün qala tipli yaşayış yerləri", "Naxçıvanın qədim müdafiə tikililəri qalatikmə mədəniyyətinin əsası kimi", "Qızqala kurqanlarının tapıntıları", "Oğlanqalada orta dəmir dövründə keramika istehsalı", Alman səyyahları Naxçıvan qalaları haqqında", "Naxçıvan və İrəvan qalalarının çar Rusiyasına qarşı müqavimət hərəkatı" və sair başlıqlı məqalələrdə Naxçıvanın Qazançıqala, Göynükqala, Qızqala, Çalxanqala, Oğlanqala, Əlincəqala, Fərhadqala, Narınqala, Abbasabad və digər qalalar barəsində məlumatlar öz əksini tapıb.