Əsrin bəlası-autizm

Dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır və bu rəqəm hər il artmaqdadır.  Azərbaycanda da bu sindromdan əziyyət çəkən yüzlərlə uşaqlar vardir. Autizm sözü yunanca “autos” sözündən götürülmüş və mənası “öz” və ya “özü” deməkdir. İlk dəfə autizm sözündən məşhur isveçrəli psixiatr E. Bleuler istifadə etmişdir.

Bu qəbildən olan uşaqlarla əqli gerilik, davranış pozuntusu kimi oxşar diaqnozlar yazılır

Dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır və bu rəqəm hər il artmaqdadır.  Azərbaycanda da bu sindromdan əziyyət çəkən yüzlərlə uşaqlar vardir. Autizm sözü yunanca "autos" sözündən götürülmüş və mənası "öz" və ya "özü" deməkdir. İlk dəfə autizm sözündən məşhur isveçrəli psixiatr E. Bleuler istifadə etmişdir. Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına mane olan bir sindromdur. BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 Aprel - Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü kimi təsis olunmuşdur. Belə bir gün təsis edildikdən sonra dünyaca məşhur "Autism speaks" cəmiyyəti bu günlə əlaqədar "Light it up Blue" ("Mavi işıqla işıqlandır") layihəsini həyata keçirməyə başlamışdır. Həmin gün Yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü olduğunu insanlara çatdırır. Məqsəd isə əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiya hazırda 8 qitə, 146 ölkə və 650 şəhəri əhatə edir. Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq Azərbaycan Respublikasında da geniş  miqyasda qeyd edilir. Təqdirəlayiq haldır ki, 2012-ci ildə Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə ölkəmizin paytaxtı Bakı şəhəri də 2 aprel tarixində beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuşdur. Buna misal olaraq Milli Parkdakı Bakı Biznes Mərkəzinin mavi işıqla işıqlandırılmasını qeyd etmək olar. 2013-cü ildə isə Heydər Əliyev Fondunun, YUNİSEF və "Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin  birgə layihəsi əsasında Bakı Four Seasons Oteli mavi işıqla işıqlandırılmışdır. Azərbaycanda 2014-2016-cı illərdə də  bu gün qeyd olunmuş, bir çox dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində, beynəlxalq mütəxəssislərinin iştirakı ilə  geniş tədbirlər  həyata keçirilmiş, Bakıda "Alov qüllələri" (Flame Towers), Qız qalası, Hilton oteli və s. mavi rəngdə işıqlandırılmışdır. Təbii ki, bu ənənənin hər il olduğu kimi 2017-ci ildə də davam etdirilməsi və ölkəmizdə bir sıra binanların mavi işıqla işıqlandırılması cəmiyyətin diqqətinin mövcud problemlərin həllinə yönəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ombudsman Elmira Süleymanova qeyd edib ki, bu sahədə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə reabilitasiya mərkəzlərinin yaradılması, onların yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək qiymətləndirilmiş, eyni zamanda gələcəkdə autizm sinromlu uşaqlar üçün də belə mərkəzlərin yaradılmasının arzuolunan olunduğu vurğulanmışdır.Müvəkkil son dövrlərə qədər autizm sindromlu uşaqların qarşılaşdıqları problemlərdən birinin də həmin sindroma görə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı olduğu, bir çox hallarda bu qəbildən olan uşaqlarla bağlı verilən tibbi arayışlarda, o cümlədən tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndəriş sənədində autizm sindromu əvəzinə əqli gerilik, davranış pozuntusu və s. bu kimi kliniki baxımdan oxşar diaqnozların yazılması hallarına rast gəlindiyi bildirilmişdir. Bunun isə təbii ki, haqlı olaraq valideynlər tərəfindən narazılıqla qarşılandığı, bu barədə  "Autizm" Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən Ombudmanının ünvanına daxil olan müraciətlərdə də məsələnin həlli ilə bağlı zəruri tədbirlərin görülməsinin xahiş olunduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Müvəkkil bununla əlaqədar əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi zamanı obyektivliyin təmin olunması məqsədilə bu sahədə münasibətləri tənzim edən müvafiq əsasnamələrin yenidən hazırlanmasını və bu zaman autizm, daun sinromları, İİV/QİÇS və s. xəstəliklərə görə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi məsələsinin də nəzərə alınmasını, eyni zamanda həmin qrupdan olan uşaqlarla bağlı tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun təşkilini təklif etmişdir. Təqdirəlayiq haldır ki, son dövrlər sözügedən sahədə normativ-hüquqi bazanın və tibbi-sosial ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Müvəkkilin təqdim etdiyi həmin təkliflər də artıq nəzərə alınmışdır.  Müvəkkilin təklifinə əsasən "Autizm", "Daun" və digər sinromlara görə sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı məsələlər Ümumdünya Səhiyyə Təşkilatının "Funksionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatı"na uyğunlaşdırılmaqla təsdiq edilmiş yeni meyarlarda artıq öz əksini tapmışdır. Müvəkkil autizm sindromlu uşaqların  məktəbəqədər, ibtidai və orta təhsil alması üçün müvafiq təhsil müəssisələrinin, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzlərinin, ixtisaslı və peşəkar kadrların azlığının  təlim-tərbiyə və reabilitasiya işinin təşkilində ciddi çətinliklər yaratığını, buna görə də onun tərəfindən bu qəbildən olan uşaqlar və onların valideynləri üçün müasir tipli reabilitasiya-inkişaf, o cümlədən sosial-psixoloji yardım və tədris mərkəzlərinin yaradılmasını təklif etdiyini söyləmişdir: "Autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında" xüsusi bir qanunun qəbul edilməsi, o cümlədən "Autizm sindromunun profilaktikası, müalicəsi, reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın, "Autizm sindromlu şəxslərin registrinin yaradılması və aparılması Qaydası"nın, "Autizm sindromlu şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı"nın, "Autizm sindromlu şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası"nın, "Autizm sindromlu şəxslərin və onların valideynlərinin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası"nın, beynəlxalq təcrübədən istifadə edilməklə "Autizm sindromunun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı"nın və digər bu kimi müvafiq normativ hüquqi aktların hazırlanaraq təsdiq olunması və s. təkliflər bu qəbildəndir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31