Ölmüş at əti bazara necə yol tapır?
Azərbaycan dünyanın bir parçasına çevrildiyindən ölkəyə turizm axını çoxalıb. Müxtəlif adət-ənənə və mədəniyyət daşıyıçıları olan, ayrı-ayrı xalqları təmsil edən həmin turistlərin təbii ki, özünəməxsus qida rasionu, kuxna mədəniyyəti var. Elə bu səbədən də ölkədə fəaliyət göstərən iaşə obyeltlərində ilan-qurbağadan tumuş it, at-eşşək ətindən müxtəlif yeməklərin hazırlandığı bardə məlumatlar dolaşmaqdadır. Məsələ orsaındadır ki, həmin təamlar geniş əhali kütləsi üçün deyil, xüsusi sifariş əsasında hazırlanır.
4 Aprel 2017 14:14 SosialBu növ məhsullar insan orqanizmi üçün təhlükəlidir
Azərbaycan dünyanın bir parçasına çevrildiyindən ölkəyə turizm axını çoxalıb. Müxtəlif adət-ənənə və mədəniyyət daşıyıçıları olan, ayrı-ayrı xalqları təmsil edən həmin turistlərin təbii ki, özünəməxsus qida rasionu, kuxna mədəniyyəti var. Elə bu səbədən də ölkədə fəaliyət göstərən iaşə obyeltlərində ilan-qurbağadan tumuş it, at-eşşək ətindən müxtəlif yeməklərin hazırlandığı bardə məlumatlar dolaşmaqdadır. Məsələ orsaındadır ki, həmin təamlar geniş əhali kütləsi üçün deyil, xüsusi sifariş əsasında hazırlanır. Təəssüf ki, ölkədə mənşəyi bəlli olmayan, insan orqanizmi üçün təhlükəli hesab olunan ət və ət məhsullarının kütləvi satışı baş verməkdədir. Məlimdur ki, inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da ət və ət məhsullarından çox istifadə olunur. Xatırladaq ki, ət və ət məhsulları yüksək bioliji dəyərli qida kimi insanların qıdalanmasında mühüm əhəmiyyətə malikdir. Ətin tərkibində orqanizmin inkişafı, eləcə də normal həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr vardır. Odur ki, bu növ məhsulları alarkən isə hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq istəyir. Lakin fakt ondan ibarətdir ki, bazar, yarmarka və dükanlarda, eləcə də küçələrdə fəaliyyət göstərən sallaqxanalarda kifayət qədər ət və ət məhsulu satışa çıxarılsa da onun insan orqanizminə necə təsir göstərəcəyi sual altındadır. Üstəlik, pespublikanını ayrı-ayrı bölgələrindən paytaxt Bakıya insan orqanizmi üçün təhlükləi olan at ətinin daşınması barədə məlumatlar daxil olmaqdadır.
Məlumat üçün qeyd edək ki, son illər ərzində min tonlarla keyfiyyətsiz at ətinin satışa çıxarılması barədə faktlar mövcuddur. Məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Hüləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda keçirilən reyd zamanı çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkar edilmişdir. Həmçinin, Ağdaş rayon sakinləri - Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Son günlər isə Cəlilabad rayon sakini Saqif Abbasov və əlbir olduğu şəxslər tərəfindən nəzarətində olan quşçuluq fermasında 31 baş atın antisanitar şəraitdə kəsilərək satışa hazırladığı aşkar edilib. Ona müvafiq qurum tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, S.Abbasovun yenidən 32 baş atdan 4-nün kəsilərək satışa hazırladığı müəyyən edilib. Aşkar edilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Müayinə zamanı at əti nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Satışda təkcə insan orqanizmi üçün təhlükəli olan at əti deyil, eləcə mənşəyi bəlli olmayan digər heyvan ətləri də mövcuddur. Sabirabad rayonu, Xəlfəli kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana), mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədi olmayan, ümumi çəkisi 600 kq olan heyvan ətləri aşkar edilib. Çox təssüf ki,insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətlərini bazara çıxaran şəxslər barədə sərt inzibati tədbir görülmür. Nəticədə keyfiyyətsiz və insan orqanizminə zərəli ət məhsulların satışı davam edir. Əldə etdiyimiz məlumata görə, ucuz və keyfiyətsiz ətin daim müştərisi olur. Belə məhsullar təksə ət bazarına deyil, eləcə də kolbasa və sosis sexlərinə də təhvil verilir. Yayılan xəbərə görə, sex sahibləri leş ətlərini 1-1,5 manata alır ki, bu da yaxşı gəlir gətirilir. Keyfiyyətsiz və mənşəyi bəlli olmayan ət adətən gecə saatlarında topdan satışa çıxarılır. Sözügedən leş ətlərinə ən çox "8-ci kilometr" və "Yaşıl bazar" ətrafında təsadüf edilir. Yeri gəlmişkən qeyd edək ki, satışa çıxarılan ət laboratoriyada analizdən keçməli və üzərində baytar həkimin möhürü olmalıdır. Satış məntəqələrində üzərində ancaq oval formalı möhürü olan ətin satılmasına icazə verilir. Ət şaqqalarının üzərində möhür kürək və bud hissələrinə vurulur. Quş ətində isə möhür boyun və budun çöl tərədinə vurulur. Ət məhsulları (kolbasa, farş və s.) alarkən onun keyfiyyətinə əmin olmaq üçün satıcıdan onun keyfiyyərini və təhlükəsizliyini təsdiq edən sənədləri (baytarlıq şəhadətnaməsi, uyğunluq və gigiyenik sertifikatları) tələb etmək istehlakçının hüququdur və satıcı bunu təmin etməyə borcludur. Həmçinin, ət satışı obyektləri bütün sanitar və gigiyenik normalara cavab verməli, eyni zamanda ət satışı ilə məşğul olanlar vaxtaşırı tibbi müayinədən keçməlidir. Yalnız bu tələblərə cavab verən obyektlərdən həmin məhsulları almaq olar. Onu da qeyd edək ki, gun ərzində orta hesabla ən azı 150 qram, ildə isə təхminən 60-65 кq ət və ət məhsullarının istehlaк edilməsi fizioloji qida norması hesab edilir. Ətin tərкib hissələri insan orqanizminin tərкibinə daha yaхındır və ona gorə də daha tez və asan mənimsənilərəк huceyrələrdə plastiк və enerji mənbəyi кimi istifadə olunur. Məhz bu baxımdan, respubliкamızda əhalinin кeyfiyyətli ət və ət məhsullarına olan tələbatının tam odənilməsi, bu növ məhsulların keyfiyyətli və insan orqanizminə zərəsiz olmasına ciddi fiкir verilməlidir.
Alim