Talış ağsaqqalları adından erməni yalanı

Aprelin 22-dən 27-dək Lənkəranda keçirilməsi nəzərdə tutulan “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfransa özünəməxsus təhrikçi ruhda reaksiya verib.

Aprelin 22-dən 27-dək Lənkəranda keçirilməsi nəzərdə tutulan "XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı" mövzusunda dördüncü beynəlxalq konfransa özünəməxsus təhrikçi ruhda reaksiya verib. Ermənistan KİV-ləri mənbəyi bilinməyən, həqiqətdə isə sadəcə mövcud olmayan, primitiv erməni təbliğatının virtual "səyləri" nəticəsində "üzə çıxmış" "Talış ağsaqqalları şurası" adından bəyanat yayıblar. Azərbaycan Milli Elmər Akademiyasının Tarix İnstitundan bildirilib ki, bu cızma-qarada erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar. Lakin onların cəhdləri hədərdir və rüsvayçı şəkildə puç olacaq: "Azərbaycanda bütün xalqlar - Azərbaycan türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və başqaları bir ailədir. Bütün azərbaycanlıların vahid məqsədi isə doğma Azərbaycanın beşdəbir hissəsini erməni işğalından xilas etməkdir.Təcavüzkar Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirməsi barədə ittihamları öz üzərindən atmağa nə qədər cəhd etsə də, buna nail ola bilməyəcək. Ermənistan KİV-lərinin ünvansız "Talış ağsaqqalları şurasının" uydurulmuş bəyanatı kimi ucuz təbliğatçı hoqqaları da tarixi həqiqəti boğmaq və silmək iqtidarında deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31