9 aprel aksiyası siyasi karyerası tükənmiş birisinin son cəhdidir
Bir qayda olaraq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etmək ərəfəsində olanda xaricdəki müəyyən antiAzərbaycan qüvvələrin əlinə oynayan radikal müxalifət ölkədə ictimai-siyasi sabitliyi pozmağa, əsas diqqəti həmin tədbirlərdən yayındırmağa, beləliklə də Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar.
4 Aprel 2017 13:55 SosialMurad Ağamiyev: "Əli Kərimlinin özü və başında dayandığı siyasi partiya sadəcə olaraq fiqur xarakteri daşıyır"
"Mehman Huseynov əcnəbi missionerlər tərəfindən daha əhəmiyyətli fiqur idi, nəinki Əli Kərimli"
Bir qayda olaraq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etmək ərəfəsində olanda xaricdəki müəyyən antiAzərbaycan qüvvələrin əlinə oynayan radikal müxalifət ölkədə ictimai-siyasi sabitliyi pozmağa, əsas diqqəti həmin tədbirlərdən yayındırmağa, beləliklə də Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Hazırda da eyni situasiya müşahidə edilməkdədir. Ənənəsinə sadiq qalan radikal müxalifət İslam Həmrəylik Oyunları ərəfəsində ölkədə gərginlik yaratmağı qarşısına məqsəd qoyub. Hər halda Milli Şura adlanan qurumun aprelin 9-na mitinq təyin etməsini məhz bu cür dəyərləndirmək olar. Elə əksəriyyət də bu qənaətdədir. Yeni Azərbaycan Partiyasının üzvü, Demokrat Gənclər Hərəkatının sədri Murad Ağamiyev də bu qənaətdədir: " Mən dəfələrlə çıxışlarımda, verdiyim müsahibələrdə qeyd etmişəm və bir daha təkidlə vurğulamaq istəyirəm ki, Azərbaycanda normal siyasi müxalifət təşkilatlanması yoxdur və belə bir təşkilatlanma üçün bacarıqlı, layiqli lider obrazı hələki tapılmamışdır. Bunu xüsusi olaraq bildirmək lazımdır ki,respublikada fərdi müxalif təbəqə daha aktivdir, həmçinin də çoxluq təşkil edir, nəinki təşkilatlanmış müxalifət. Bunun üçün də belə anti-hökumət mitinqinin təşkil olunmasını labüd edən heç bir sosial sifarişin mövcudluğundan danışmağa dəyməz. Aprel ayının 9-na təyin edilmiş etiraz aksiyası isə yenə də siyasi karyerası tükənmiş birinin son cəhdlərindən biri kimi qiymətləndirilə bilər". Murad Ağamiyev hesab edir ki, İslam Həmrəylik Oyunlarına hazırlığın yüksək səviyyədə olması və müsəlman ölkələrinin bu mötəbər idman tədbirinə maksimal formada hazırlaşması bəllidir: "Sözsüz ki, Azərbaycan əleyhinə ikili standartların mövcud olduğu geosiyasi arenada anti-Azərbaycan fikirlərin səsləndirilməsi mümkündür və buna anti-milli qüvvələrin dəstək verməsi danılmaz faktdır. AXCP-nin lideri Əli Kərimlinin milli satqın olması hər birimizə aydın olan məsələdir. Bunun üçün də belə bir ərəfədə hakimiyyət əleyhinə etiraz aksiyası etmək, vətəndaşlarla-hökumət arasında narazılıq yaratmaq ehtimalı kifayət qədər aktualdır. Lakin biz Əli Kərimlini siyasi provakasiyaları orqanizasiya edən bir kordinator kimi çox yaxşı tanıyırıq və onun metodlarını bilirik. Bu adam hər dəfə belə aksiya keçirmək qərarına gələndə ölkədə ən həssas vaxtı seçir. Aprel hadisələrinin 1 illiyinin tam olması münasibəti ilə şəhid olmuş gənclərin valideynləri, onların yaxın qohumları, tanışları dərin hüzn
içərisindədir. Əli Kərimli insanların belə psixoloji həssas vəziyyətindən maksimum faydalanmaq və provakotif tədbirlər təşkil etməklə sabitliyin pozulmaının marağındadır". Demokrat Gənclər Hərəkatının sədri diqqətə çatdırıb ki, dünyada yeni nizam qaydaları var. Onun sözlərinə görə, ictimai və siyasi dairə bu yeni nizamların tələblərinə uyğun formalaşdırılmaq məcburiyyətindədir: "Azərbaycan da bu dünyanın bir hissəsidir və potensial sürətlə inkişaf tempi nümayiş etdirir. Dövlətləri idarə edən hökumətlərin birlikdəlikləri , qarşılıqlı maraqlar əsasında birgə fəaliyyəti və s. Hər biri mövcud olduğu kimi müxalif təşkilatlanmaların başında duran insanların həmrəyliyi, qarşılıqlı maraqları mövcuddur. Belə ki, AXCP-nin əcnəbi havadarları olan müəyyən ölkələrdəki qüvvələr əslində özləri də ayrı-ayrılıqda öz mənsub olduqları ölkədə hökumət üzvü belə olsalar , tamam başqa maraqlara xidmət edən şəxslərdir. Buna görə də AXCP-yə bu və ya digər formalarda hər hansı bir dəstəyin mövcudluğu məni o qədər də narahat etmir. Çünki hakimiyyət əleyhinə xaricdən dəstəklənən istənilən müxalif təşkilatmanın yaradılmasında məqsəd hakimiyyəti devirməkdirsə o zaman sistem bu tipdə işləmir. Hər birimizə bəllidir ki, Ə.Kərimlinin özü və başında dayandığı siyasi partiya sadəcə olaraq fiqur xarakteri daşıyır və heç bir əhəmiyyət kəsb etmir. Bunu tam səmimi və açıq demək istəyirəm ki, Mehman Huseynov əcnəbi missionerlər tərəfindən daha əhəmiyyətli fiqur idi, nəinki Əli Kərimli". Murad Ağamiyevin sözlərinə görə. uzun illərin əyani təcrübəsi sübut edir ki, Əli Kərimli bir siyasi lider obrazını çoxdan itirib: "AXCP siyasi təşkilat kimi respublikanın ana müxalifəti kimi birmənalı şəkildə qəbul edilmir. Bütün bunlar radikal siyasi provakatorların nüfuz itirməsinə rəvac verən önəmli amillərdir. Mütəmmadi formada təşkil edilən mitinqlərin iştirakçılarının böyük əksəriyyəti isə AXCP üzvü deyil, fərdi müxalif fikirli insanlardır. Bu insanları da narahat edən müəyyən bir sıra problemlər aradan qaldırılsa, öz həll yollarını tapsa, o zaman fərdi müxalif olan vətəndaş iqtidaryönümlü vətəndaşa çevriləcək. Bunu Əli Kərimli özü də çox yaxşı dərk edir. Odur ki, 9 aprel tarixində kütləvi formada axının olacağına mən inanmıram". Hakim partiya üzvü qeyd edib ki, bu günün vətəndaş cəmiyyəti hətta 2-3 il bundan əvvəlki cəmiyyətlə çox fərqlənir: "Dünyaya baxış prizması və hadisələrə yanaşma tərzi tamamilə dəyişmişdir. Bir neçə il bundan öncə əgər bir siyasi lider kimi Əli Kərimlini qəbul edən və onun ətrafında birləşən bir neçə min insan var idisə, bu gün bu say 2-3 qat azalmışdır, amma bu o demək də deyil ki, iqtidaryönümlü vətəndaşların sayı artmışdır. Vəziyyətin belə olması bir daha sübut edir ki radikal müxalifət adlandırdığınız siyasi provakatorların nəinki sosial bazası yoxdur, hətta bu gündən sabaha heç bir ümidi qalmayıb".
Füzuli