Keçən ay 17029 metr qazma işi həyata keçirilib
Cari ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17029 metr qazma işi həyata keçirilib.
4 Aprel 2017 13:29 SosialCari ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 17029 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, bu sahədə görülmüş işlərin 14825 metri istismara, 2204 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 35613 metr qazma işi görülmüşdür ki, bunun da 33409 metri istismara, qalanı isə kəşfiyyata aid olub. 2017-ci ilin mart ayında qazmadan alınmış 4, il ərzində isə 17 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.