167 dövlət əmlakı özəlləşdirməyə çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən “Olaylar”a verilən məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var. Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən "Olaylar"a verilən məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var. Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi 02 may tarixindəki növbəti hərracını da elan edib. Hərracda 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur. Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Kiçik müəssisələrə investrolar sərmayə yatıraraq biznes məqsədləri üçün istifadə edə bilərlər. Hətta bəzi əmlaklara  kiçik məbləğdə vəsait qoymaqla böyük qazanc əldə etmək mümkündür. Qeyd edək ki,  hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı Avtodayanacaqdır. Sahəsi 6047 kv.m olan adı çəkilən əmlakın ilkin start qiyməti 331 min 500 manatdır. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabad da yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal  rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31