31 martla əlaqədar onlayn fəaliyyətlər yekunlaşıb

Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb.

Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı ilə birlikdə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" çərçivəsində həyata keçirilən onlayn fəaliyyətlər artıq başa çatıb. "OLAYLAR"-a daxil olan məlumata görə, onlayn fəaliyyətlərdə ümumillikdə onlarla gənclər təşkilatları və tələbə gənclər təşkilatlarının nümayəndələri daxil olmaqla 500-ə yaxın gənc iştirak edib. fəaliyyətlər çərçivəsində soyqırım haqqında məlumatlar toplanaraq, Azərbaycan, ingilis, rus, fransız, ibrit və fars dillərində tvitlər paylaşılıb. Paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar edilib, Azərbaycan reallıqlarını özündə əks etdirən foto paylaşımlar və məlumatlar yerləşdirilib. 500 gənc tərəfindən müxtəlif dillərdə paylaşılan tvitlər 495.000 nəfərin profilində 3. 725.135 dəfə görülüb. #31marchgenocide #31online həştəqi ilə paylaşılan tvitlər kampaniya ərzində "Twitter Azərbaycan" rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31