Səhiyyə Nazirliyində toplantı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il üçün iş planını müzakirə etmək məqsədi Səhiyyə Nazirliyində toplantı keçirilib.

Qeyd edək ki, təşkil olunmuş tədbirə Səhiyyə Nazirliyinin aparat rəhbəri Z.Mustafayeva sədrlik edib. Nazirliyin şöbə və sektor rəhbərlərinin iştirak etdiyi toplantıda korrupsiyaya dair mübarizə, acıq hökumətin təşviqi məsələlərinə dair Səhiyyə Nazirliyinin şöbələri üzrə görülən və rüblər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31