AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib

Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən dissertasiya şuraları, elmi seminar və fənn komissiyaları barəsində tədbir iştirakçılarına məlumat verib.

Akademiyadan "Olaylar" - a bildirilib ki,  iclasda bölmənin Batabat Astrofizika Rəsadxanasının Səma Cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin "Ay Günəş sistemində ən böyük peykdir" mözusunda elmi məruzəsi dinlənilib. Daha sonar 2017-ci ildə AMEA Naxçıvan Bölməsində rüblük hesabatların hazırlanması ilə bağlı bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov tədbir iştirakçılarına məlumat verib.

İclasda AMEA Naxçıvan Bölməsində aparılan elmi-tədqiqat işlərinin istehsalatda tətbiqi işinin artırılması haqqında Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbovun və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun çıxışları dinlənilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə-tərəvəz və üzümçülük laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin vəziyyəti haqqında laboratoriya rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev ətraflı məlumat verib. Laboratoriya rəhbərinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub qazanılan uğurlarla yanaşı, mövcud nöqsanlara, laboratoriya işçilərinin fəaliyyətlərindəki çatışmamazlıqlara toxunulub və yaranan problemlərin həllinin aradan qaldırılması yolları müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31