Polis turisti belə sevindirdi
Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistin itmiş telefonu tapılaraq sahibinə qaytarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.
28 Mart 2017 15:36 SosialBirləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistin itmiş telefonu tapılaraq sahibinə qaytarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib. Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.