Azərbaycanlıların Soyqırımı günü”-nə həsr olunmuş anım tədbiri keçiriləcək
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı günü”-nə həsr olunmuş anım tədbiri keçiriləcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbir 29 mart tarixində baş tutacaq.
28 Mart 2017 15:31 SosialGənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı günü"-nə həsr olunmuş anım tədbiri keçiriləcək. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbir 29 mart tarixində baş tutacaq. Anım mərasimi əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş filmin nümayişi ilə başlayacaq. Filmdə Ermənilərin Azərbaycan xalqına amansızlıqla divan tutmasından, günahsız insanların soyqırım nəticəsində öldürülməsi ön planda qeyd edilir. Daha sonra isə qonaqların soyqırım zamanı kimsəsiz, əliyalın insanlara qarşı törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün maarifləndirmə işlərinin zəruriliyindən, son illər bu istiqamətdə görülmüş işlərdən və qarşıda duran əsas məsələlər ətrafında çıxışları dinləniləcək. Tədbirdə qonaq qismində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Şahin İsmayılov, Virtual Qarabağ İKT Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov iştirak edəcək. Həmçinin, tədbirdə bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edəcəklər