Sığorta şirkətləri hansı hoqqalardan çıxırlar?

İnkişaf etmiş dünya ölkələrində geniş yayılmış sığorta fəaliyyəti Azərbaycanda dirçəliş mərhələsini yaşamaqdadır. Daha doğrusu, Azərbaycanda sığorta ilə bağlı təkmil qanunvericilik bazasının olmasına baxmayaraq onun icrasında kifayət qədər qanunsuzluqlar mövcuddur. Dünya iqtisadiyyatında oturuşmuş sığorta şirkətləri fəaliyyətini daha da genişləndirdiyi bir halda, Azərbaycanda hələ də şəxsi maraqlar üçün çalışan sığorta şirktləri mövcuddur.

Avtomobil sahiblərinin baş bəlası olan bu şirkətlər vergidən yayınırlar

İnkişaf etmiş dünya ölkələrində geniş yayılmış sığorta fəaliyyəti Azərbaycanda dirçəliş mərhələsini yaşamaqdadır. Daha doğrusu, Azərbaycanda sığorta ilə bağlı təkmil qanunvericilik bazasının olmasına baxmayaraq onun icrasında kifayət qədər qanunsuzluqlar mövcuddur. Dünya iqtisadiyyatında oturuşmuş sığorta şirkətləri fəaliyyətini daha da genişləndirdiyi bir halda, Azərbaycanda hələ də şəxsi maraqlar üçün çalışan sığorta şirktləri mövcuddur. Elə bu səbədən də sığorta şirkətlərinə etimad azalıb, əhalinin böyük əksəriyyəti hətta icbari sığorta haqqını ödəməkdə belə maraqlı deyil. Daha dəqiq, insanlar həyatlarını, daşınar  və daşınmaz əmlaklarını  şığortalamqda tərəddüd edirlər. Belə bir vəziyyətdə çıxış yolu aramaq əvəzinə sığorta şirkətləri ilbəil sığorta haqqını artırmaqda davam edirlər. Ekspertlərin qənaətinə görə, Azərbaycanda  sığorta üçün müraciət edənlərin azlığı  əməkhaqqı ilə sığortanın uyğun gəlməməsi ilə bağlıdır. Məlumdur ki, məvacib yüksək olarsa, onda əhali də həyatını, əmlakını sığorta etmək imkanını qazanar. Məhz bu kimi səbələrdən sığorta şirkətləri icbari, daha dəqiq sığorta haqqı ödənilməsi mümkün olan sığorta növlərinə üstünlük verirlər. Yəni, bu şirkətlər daha çox  böyük müəssisələrin sığortalanmasını həyata keçirilir. Sahibkarlar isə bu yolla risk tələb edən işlərində itiriləcəklərini kompensasiya etməyə çalışır. Bunun nəticəsidir ki, avtomobil qəzası zamanı əksər hallrda sürücülər sığorta ödənişi ala bilmirlər. Onu da qeyd edək ki, sığorta şirkətləri yüksək ranqlı məmurların himayəsi altında olduğundan onlara "gözün üstə qaşın var" deyən olmur. Məlumat üçün qeyd edək ki, Azərbaycanda  29 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan cəmi biri dövlət sığorta şirkətidir. Yerdə qalan 28 sığorta şirkəti özəl sektoru təmsil edir. Onların ən böyükləri bütün iqtisadiyyatı əlinə alıb. Formalaşmış sığorta agentlikləri fəaliyyətini elə qurub ki, onların nəzarətindən kənar bir addım belə atmaq mümkün deyil. Özəl sektoru təmsil edən xırda sığorta şirkətləri müştərilərə daha sərfəli xidmət təklif etsələr də, yenə də rəqabəti qazana bilmir. Çünki sağlam rəqabət yoxdur. Müşahidəçilər hesab edir ki, sağlam rəqabət təsəvvür etmək belə mümkün deyil. Hətta sığorta şirkətləri arasında tender elan edənlər də onlara daha sərfəlilərin xidmətindən istifadə etməkdən boyun qaçırmalı olur. Məsələn, hazırki şərraitdı sığorta şirkətləri tikinti və aqrar sektorda çalışanların sığorta olunmasında maraqlı deyillər. Çünki, bu sahələrdə risk dərəcəsi daha çoxdur. Sığorta şirkətlərinə elə sahələr lazımdır ki, yalnız qazanc əldə edə bilsinlər. Həm də adıçəkilən sahələrdə sığorta ödənişlərindən yayınmaq üçün bəhanələr məhduddur. Hansı ki, Azərbaycanda 24 növ sığorta var. Onlardan ən populyarı əmlak sığortası, kasko sığortası, yük sığortası, üçüncü şəxs qarşısında məsuliyyətin sığortası, tibbi sığorta, həyat sığortası və sairdir. Ancaq nədənsə sığorta şirkətləri avtomobil və mənzillərin sığortalanmasında daha maraqlı görünürlər. Hazırda faiz nisbətində götürsək, sığorta portfelinin yarısı əmlak sığortasının payına düşür. Sonra  kasko sığortasıdır, yerdə qalan isə digər sığorta növləri arasında bölünüb. Məsələn,  hazırda bəzi sığorta şirkətlərinin qeyri-qanuni fəaliyyəti nəticəsində əksər avtomobil sahibləri sığorta ödənişini ala bilmirlər. Bu barədə redaksiyamıza məlumat verən sürücülər qeyd edirlər ki, idarə etdikləri minik avtomobilləri icbari sığorta olunmasına baxmayaraq, baş verən yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin alınmasında müxtəlif qanunsuzluqla üzləşirlər. Buna səbəb sığorta şirkətlərinin ən müxtəlif bəhanələrlə sığorta ödənişinin verilməsindən yayınmalarıdır. Hətta avtomobillərin kasko sığortası zamanı belə hallar yaşanır. Məsələ orasındadır ki, yol-nəqliyyat hadisəsi zamanı sığorta şirkətinin əməkdaşı bütün vasitələrlə çalışır ki, avtoqəzanın sığorta hadisəsi omadığı təsdiqlənsin. Bu işdə polis əməkdaşları da onlara dolayı yolla yardımçı olurlar. Belə ki, sığorta ödənişinin alınması üçün polisin verməli olduğu arayışı əldə etməkdən ötrü xeyli vaxt itirmək lazım gəlir. Belə vəziyət bəzi hallarda sürücülərin sığorta ödənişini almaqdan imtina etməsinə səbəb olur. Xatırladaq ki, "İcbari Sığortalar haqqında" qanunun 6-cı maddəsinə əsasən  əgər tərəflər arasında, yəni sığorta şirkəti ilə  avtomobil sahibi arasında müqavilə qüvvəyə minibsə, bu zaman sığorta ödənişi mütləq verilməlidir. Fakt isə ondan ibarətdir ki, əlində sığorta müqaviləsi olan, illərlə sığorta haqqı ödəyən vətəndaşlar avtoqəza zamanı sığorta ödənişi ala bilmirlər. Çünki sığorta şirkətləri min bir bəhanə ilə kompensasiya ödəməkdən yayınırlar. Baş verən qəzanın sığorta hadisəsi olmasını sübut edənə qədər adamın dərisi qabığından çıxır. Bununla belə sığorta şirkətləri dövlət bürcəsinə vergi ödəməkdən də yayınırlar. Gəlirləri çox, gözləri ac olan bu şirkətlər öz himayədarlarının dəstəyi sayəsində asanlıqla vergidən yayına bilirlər. Özəl şirkətlərin qazandıqları müqabilində  dövlət üçün ayırdığı vəsait arasında çox böyük uyğunsuzluq olur. Xüsusən, böyük sığorta şirkətlərində gəlir çox, vergi isə azdır. Ona görə ki, bu gün Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən bütün sığorta şirkətlərinin başında tanınmış məmurlar və ya onların yaxın çevrəsini təşkil edən şəxslər dayanır ki, məhz onlar bütün məsələlərdə hakimiyyətin tərkib hissəsi kimi çıxış edir. Başqa sözlə desək, iqtisadiyyatın digər sahələrində olduğu kimi bu sahədə də məmurların özünün aşkar dominantlığı mövcuddur. Lakin sığorta şirkətləri dərk etməlidirlər ki, sığorta işinin səmərəli təşкilinin və bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаf еtdirilməsinin ölкə iqtisаdiyyаtının bаzаr münаsibətləri şərаitində möhкəmlənməsində mühüm iqtisаdi əhəmiyyəti vаrdır. Respublikamızın müasir sığortası, maliyyə sisteminin ən önəmli sferalarından biridir. O istehsalının aşağı düşməsinin qarşısının alınmasında, onun fasiləsizliyinə  zəmanət yaradılmasında  şübhəsiz əhəmiyyətə malikdir. Daha geniş mənada sığorta müəssisə və təşkilatların, fərdlərin vəsaiti hesabına  xüsusi ehtiyyat pul vəsaiti fondlarının yaradılması və onun nəzərdə tutulmayan hallar, bədbəxt hadisələr, təbii fəlakətlər və digər əlverişsiz hadisələr nəticəsində dəymiş zərərin ödənilməsi və habelə, əhaliyə, onların həyatında müxtəlif hadisələr baş verdikdə sığorta təminatını ödəmək üçün istifadəsini özündə əks edən iqtisadi münasibətlər sisteminin məcmusudur. Odur ki, bu sistemin varlığından həm dövlət, həm sahibkarlar, həm də vətəndaşlar yararlanmalıdır. Reallıqda isə  sığorta şirkətlərinin özfəaliyyətinin nəticəsidir ki, onlara qarşı inam o dərəcədə itib ki, könüllü tibbi sığorta, əmlak sığortası, həyat sığortası kimi vacıb sığorta növlərindən yararlanmaq istəyən tapılmır.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31