Məhkumların islah olunmasında ictimaiyyətin rolu nədən ibarətdir?
Tamamilə oturuşmamış cəmiyyətlərdə əfv sərəncamları, amnistiya aktları humanizm baxımındın böyük rol oynayır. Bu baxımdan, Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamıarı, eləcə də Milli Məclis tərəfindən qəbul edilən aministiya aktları cəmiyyətdə sosial həmrəyliyin formalaşması üçün müstəsna əhəmiyyətə malikdir.Nəzərə almaq lazımdır ki, amnistiya aktları və əfv sərəncamları humanist addım olduğundan, bu, cəmiyyətin bütün təbəqələri tərfindən müsbət addım kimi qarşılanır.
28 Mart 2017 15:03 SosialTamamilə oturuşmamış cəmiyyətlərdə əfv sərəncamları, amnistiya aktları humanizm baxımındın böyük rol oynayır. Bu baxımdan, Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamıarı, eləcə də Milli Məclis tərəfindən qəbul edilən aministiya aktları cəmiyyətdə sosial həmrəyliyin formalaşması üçün müstəsna əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, amnistiya aktları və əfv sərəncamları humanist addım olduğundan, bu, cəmiyyətin bütün təbəqələri tərfindən müsbət addım kimi qarşılanır. Elə bu səbədən də dövlət başçısı İlham Əliyev də humanizm nümayiş etdirərək, Azərbaycanda mühüm bayramlar və günlər ərəfəsində mütəmadi olaraq belə əfv sərəncamları imzalayır. Və bunun nəticəsində də hər dəfə yüzlərlə məhbus azadlığa çıxaraq ailəsinə qovuşur. Növbəti belə bir humanist addım xalqımızın milli bayramı- Novruz bayramı ərəfəsində imzalandı. Nəticədə 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən başqa cəzalardan azad edildi. Xatırladaq ki, son 10 ildə Azərbaycanın birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul olunub. Həmin aminstiya aktları on minlərlə məhkuma şamil edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycanda humanizm bir dövlət siyasətidir və atılan bu addımlar da bunun əyani təzahürüdür. Maraqlıdır, bəs məhkumların islah edilməsində ictimaiyyətin iştirakı nə dərəcədə təmin olunur və bunu hansı səmərəli nəticələri var?
Qeyd edək ki, bu məsələ məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi qaydalarında aydın şəkildə əksini tapıb. Onu da xatırladaq ki, məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarət təyin olunmuş cəzanın məqsədlərinə nail olunması və bu müəssisələrin fəaliyyətinə kömək göstərilməsi məqsədi daşıyır. Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı qanunçuluq, obyektivlik, şəffaflıq, qərəzsizlik, məhkumlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin gücləndirilməsi prinsiplərinə əsaslanır. Lakin məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi zamanı penitensiar müəssisələrin fəaliyyətinə müdaxilə etməyə, penitensiar müəssisələrin şəxsi heyətinin və məhkumların hüquqlarının pozulmasına yol verilmir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı xüsusi qaydada yaradılan İctimai Komitə vasitəsi ilə təmin edilir. İctimai Komitənin fəaliyyəti yalnız qanunvericilikdə müəyyən olunmuş hallarda müvəqqəti olaraq məhdudlaşdırılır və ya dayandırılır. İctimai Komitə məhkumların islah edilməsində və penitensiar müəssisələrin işinə ictimai nəzarətin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin geniş dairəsinin iştirakını təmin etmək məqsədilə əsasən hüquq müdafiə, hüquq maarifçiliyi, təhsil, səhiyyə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların birliklərinin, dini qurumlar və onların birliklərinin nümayəndələrindən, habelə görkəmli alimlərdən, mədəniyyət və digər ictimai xadimlərdən ibarət tərkibdə təşkil olunur. İctimai Komitə, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən ibarət olan və üzvləri Ədliyyə Nazirliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş Seçki Komissiyası tərəfindən seçilir. Seçki Komissiyasına ədliyyə naziri tərəfindən təyin edilən ədliyyə işçisi rəhbərlik edir.
Yaranan suallardan biri də ondan ibarətdir ki, ictimaiyyət nümayəndələri məhkumların islah edilməsində hansı formada iştirak edirlər? Məlumat üçün qeyd edək ki, məhkumların islah edilməsində iştirakın əsas formaları aşağıdakılardan ibarətdir. Məhkumların ümumi təhsil almalarına, peşə hazırlığına kömək göstərilməsi; məhkumların asudə vaxtının səmərəli təşkilinə, onların ictimai faydalı əməyə cəlb olunmasına kömək göstərilməsi; penitensiar müəssisələrdə əxlaqi, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirlərinin həyata keçirilməsi; məhkumların vicdan və dini etiqad azadlığının təmin olunmasına yardım göstərilməsi; məhkumlara hüquqi yardım göstərilməsi; məhkumlarla hüquqi maarifləndirmə işinin aparılması. Bundan başqa, İctimai Komitənin üzvləri məhkumların ailə üzvləri, yaxın qohumları ilə görüşlərin keçirilməsi, məhkumların bədii özfəaliyyətlə məşğul olmalasına, məhkumlar üçün konsertlərin və digər mədəni tədbirlərin təşkil edilməsində yaxından iştirak edirlər. İctimaiyyət nümayəndələri paralel olaraq cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlarla fərdi tərbiyə işini aparır, məhkumların maddi-məişət və tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına kömək göstərirlər. Ən əsası isə məhkumların azadlığa hazırlanması, onların cəza çəkməkdən azad edildikdən sonra yaşayış yeri, işlə təmin olunma, tibbi və sosial təminat, sosial-psixoloji reabilitasiya üzrə məsələlərin həllində birbaşa yardımçı olurlar. Eyni zamanda, əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumlara mənsub olduqları dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəlikləri və ya bu şəxslərə himayədarlığı üzərinə götürülmüş milli, yaxud beynəlxalq təşkilatlara müraciət etmək üçün köməklik göstərirllər.
Zəka