Ağstafada yol qəzası baş verib
23 Mart 2017 20:10 SosialAğstafa rayonunda yol qəzası baş verib.
Hadisə Ağstafa rayonunda, Bayraq Meydanı yaxınlığında baş verib.
Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, sürücülər və hər iki avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləri alıb.
Taksi sürücüsünün və "Chevrolet Niva"da olan sərnişinlərdən birinin yarası ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə normaldır və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31